Zakir Həsənovun Polşaya səfəri başlayıb

04 Sentyabr, 2017 16:12 | Siyasət | Baxış sayı: 63
Zakir Həsənov
Zakir Həsənov

Z. Həsənovun Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır

Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən İstiPress-ə bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z. Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.