Ramzan Kadırodan sərt çağırış: Sərhədləri açın

04 Sentyabr, 2017 14:41 | Siyasət | Baxış sayı: 737
Ramzan Kadırov
Ramzan Kadırov

"Humanitar fəlakət təcili şəkildə dayandırılmalıdır"

Çeçenistan rəhbəri Myanmada qan tökülməsinin qarşısının alınması ilə bağlı çağırış edib.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, Ramzan Kadırov paytaxt Qroznıda Rohinca müsəlmanlarına dəstək məqsədilə keçirilən aksiyada Myanmada qanın dayandırılması ilə bağlı çağırış edib. 

“Biz cavabdeh şəxslərin cəzalandırılmasını və insanlığa qarşı cinayətlərin beynəlxalq şəkildə araşdırılmasını tələb edirik. Biz, eyni zamanda sərhədlərini bağlayan və qaçqınlara yardım göstərməyə etiraz edən ölkələri cavab verməyə çağırırıq. Onlar insanları qaçılmaz ölümə məhkum etdilər. Humanitar fəlakət təcili şəkildə dayandırılmalı və Rohincanın ölən insanlarına yardım əli uzadılmalıdır.”, - R.Kadırov bildirib.