Ermənistan NATO təlimindən imtina etdi

04 Sentyabr, 2017 08:36 | Siyasət | Baxış sayı: 115
"Agile Spirit 2017"
"Agile Spirit 2017"

Müdafiə nazirliyi şərh verməkdən imtina edib

Ermənistan NATO təlimində iştirak etməkdən imtina edib. İstiPress-in məlumatına görə, söhbət ötən gün Gürcüstanda başlayan çoxmillətli "Agile Spirit 2017" hərbi təlimlərindən gedir.

Erməni mətbuatının məlumatına görə, silahlı qüvvələrin nümayəndələri və erməni hərbçilər tədbirin açılışına qatılmayıblar.

Ölkənin Müdafiə Nazirliyi isə bunun səbəbini açıqlamaqdan imtina edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ohanesyan TASS-ın müraciətinə "Şərh etmirik", deyə cavab verməklə kifayətlənib. 

Genişmiqyaslı təlimdən imtinanın səbəbi rəsmən açıqlanmasa da, yerli ekspertlər burada Rusiyanın əli olduğunu güman edirlər. Onların fikrincə, Ermənistana NATO təqdbirinə qatılmağı məhz Moskva qadağan edib. 

Gürcüstanda başlayan təlimlərdə ABŞ, Rumıniya, Ukrayna, Azərbaycan, Bolqarıstan, Latviya və Rumıniyadan olan 1,5 minə yaxın hərbçi qatılıb.