Ad günün mübarək, Vahid!

04 Sentyabr, 2017 07:57 | Siyasət | Baxış sayı: 538
Vahid Mustafayev Liviyada
Vahid Mustafayev Liviyada

ANS-in yaradıcısı daha bir ili arxada qoydu

Dağlıq Qarabağda və ətrafındakı rayonlarda elə bir yer yoxdur ki, Vahid Mustafayev öz kamerası ilə orada olmasın! Nə topların gurultusu, nə minaatanların partlayışı, nə güllələrin səsi onu dayandıra bilməyib. O, yalnız öz şirkəti ANS üçün deyil, həm də dünyanın aparıcı telekanlları üçün reportajlar hazırlayıb ki, bütün dünya Qarabağ müharibəsi barədə həqiqətləri öyrənsin.

Sakitlik yaranandan sonra isə öz acı müharibə təcrübəsini o, kinoya köçürüb. Onun çəkdiyi filmlər – “Xoca”, “Qanlı Yanvar” və s. artıq müstəqil Azərbaycanın ən yeni tarixinə həkk olunub. Biz Vahidi Çeçenistanda, Gürcüstanda, Əfqanıstanda, Liviyada və müharibə gedən başqa ölkələrdə də görmüşük. O, əsl savaş jurnalistidir.

Bizdə Azərbaycanda deyirilər: “Kişinin başına iş gələr”. Ən vətənpərvər kanal olan “ANS” öz 25 illiyinə yüksələrkən atəş altına düşdü. Yəqin ki, biz nə vaxtsa öyrənəcəyik ki, bizə niyə “terrorçulara dəstək” damğası vurdular . Eyni məntiqlə, bizi rahatlıqla “Şimali  Koreya casusları” da adlandıra bilərdilər.

Biz kanalın bağlanmasından çox narahat olduq. Ancaq ən çox sən narahat oldun.  Çünki ANS sənin övladındır. O, kiçik informasiya buraxılışı “Xəbərçi”dən başladı və ən sonda nüfuzlu media holdinqə çevrildi.

Əziz Vahid, həyat ağ-qara zolaqlardan ibarətdir. Bu gün qaradırsa, sabah mütləq ağ olacaq. Ən başlıcası isə, heç kimi sənin yazıb-yaratmaq hüququnu əlindən ala bilməz. Sən bunu çox maraqlı edirsən - Azərbaycan xalqının səndən yeni bədii və sənədli filmlər gözləməyə haqqı var. Özü də ANS-in arxivi bizim ümumimilli lider Heydər Əliyev, Qarabağ müharibəsi və Azərbaycanın ən yeni tarixinin başqa hadisələri barədə külli-miqdarda video materiallarla zəngindir.

Vahid, bu gün sentyabrın 4-də sənin ad günündür. Biz - sənin yoldaşların və həmkarların səni ürəkdən təbrik edirik! Deyirlər ki, ad günü sahibinə hansısa arzular diləmək lazımdır. Biz çox istəyirik ki, Vahid, sən öz həyat yoldaşınla birlikdə öz kiçik oğlunun uşaqlarının toyunda şənlənəsən. Bu oğlunu sən ermənilər tərəfindən Qarabağda öldürülmüş böyük qardaşının şərəfinə Çingiz adlandırmısan.

Bu gün sənin 49 yaşın tamam olur. Sənin ən gözəl günlərin hələ irəlidədir, sən müharibənin odundan-alovundan keçmisən. Sənin bütün işlərin uğurla gedəcək. Biz buna əminik.

Hörmətlə sənin ANS-çi yoldaşların və həmkarların!