XİN ABŞ-a başsağlığı verdi

04 Avqust, 2019 14:43 | Siyasət | Baxış sayı: 44
Azərbaycan XİN
Azərbaycan XİN

Çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına görə

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.

İstiPress-in məlumatına görə, bu barədə məlumat XİN-in "Twitter" mikrobloquna yerləşdirilib.

"Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda bildirilir.