Paşinyanı gözləyən məğlubiyyət

04 İyul, 2019 15:02 | Siyasət | Baxış sayı: 405
Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan 2018-ci ilin narıncı günlərində
Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan 2018-ci ilin narıncı günlərində

Ermənistan baş naziri sabaha böyük həmlə planlaşdırır

Ermənistan baş naziri Nikol Paşiyana bağlı hakim partiya iyulun 5-də bütün inzibati resurslarından istfadə etməklə mitinq və yürüş keçirmək istəyir.

İstiPress-in məlumatını görə, İrəvanda dərj olunan "168 jam" qəzeti bildirib ki, hakim partiya göstərmək isətyir ki, yenə də əvvəlki kimi xalqın böyük hissəsinin etibarını daşıyır. Buna görə, bütün dövlət qurumlarına - vilayət admiinstrasiyalarına, meriyalara. Nazirliklərə lazım olan səviyyədə mitinqə adam çıxarmaq tapşırılıb.

Lakin İrəvanda çap olunan başqa bir qəzetin "Qraparak"ın yazdığına diqqət yetiriləsə, Paşiyanın əvvəlki dəstəyinin olmadığını görmək mümkündür. Beynəlxalq Reytinq İnstitutu (IRI) tərəfindən aparılmış sorğu tərəfindən müəyyən olunub ki, Nikol Paşiyan xalq apasında dəstəyinə görə prezident Armen Sarkisyandan geri qalır. 

Əgər rəyi soruşulanlardan 61 faizi Armen Sarkisyana dəstək veribsə, Nikol Paşiyan yalnız 56 faizin dəstəyini ala bilib. Nikol Paşiyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun reytinqi isə daha aşağı - 52 faiz olub.