Xristian qanunlarına tüpürən erməni "qəhrəmanlar"

04 İyul, 2018 09:51 | Siyasət | Baxış sayı: 330
Erməni general Manvel Qriqoryan
Erməni general Manvel Qriqoryan

Moskvanın Azərbaycan mövqeyi ermənilərin sevimlisini dəli etdi

Ermənilərə olan böyük sevgisi ilə seçilən rusiyalı jurnalist Stanislav Tarasov öz rusiyalı həmkarlarını kəskin tənqid edib. Onun hiddətləndirən isə Moskvadan gedən böyük qrupun - siyasətçilər, jurnalistlər, deputaların bir neçə il öncə erməni işğalından azad edilən Cocuq Mərcanlıya səfəri, "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirakları olub. 

Siyasətçilərin Azərbayacana dəstək çıxışları Tarasovu özündən çıxarıb. "Onların belə danışmağa haqları yoxdur”, deyə erməni təbliğatçısı bildirib.

Siyasətçilərin əgər Qarabağın azad edilməsi isjtiqamətində hərbi əməliyytalara başlanılarsa Azərbaycanı dəstəkləmək barədə Rusiya rəhbərliyinə çağırışları isə az qala onun infarktına səbəb olacaqmış. Tarasovu xüsusi narahat edən məsələ Rusiyanın özünün həm Ermənistana, həm Qarabağ münaqişəsinə münasibətidir. Aydındır ki, ona İrəvandan xüsusi tapşırıq verirlər ki, “böyük Ermənistanın” müdafiəsində dayansın.

Bir müddət öncəki məşhur moskvalı jurnalist Mixail Leontevin tənqidi məqaləsi, NTV-nin Ermənistanı gəzəyən arvadla müqayisəsi Moskvanın özünün ermənipərəst mövqeyini dəyişməsinə, bu münaqişədə Azərbaycana tərəf olmağa başladığına işarə edir.  

Artıq İrəvanın xristian olmaları barədə isterikası da heç kimi maraqlandırmır. Xeyirxah xristianlar oğurluq etmir, başqasının əmlakına göz dikmir. Onlar isə bir müddət öncə həbs edilən “qəhrəman”ları (Manvel Qriqoryan) kimi sadəcə quldurdurlar. Oğurlama və öldürmə - bənzər bütün xristian qayda-qanunlarına tüpürürlər.