Putin İrəvana hücuma razılıq verib

04 İyul, 2018 16:46 | Siyasət | Baxış sayı: 3120
Azərbaycan ordusunun almağa hazırlaşdığı "Terminator" tankları
Azərbaycan ordusunun almağa hazırlaşdığı "Terminator" tankları

Azərbaycan ildırım sürətli müharibə variantı seçəcək

Rusiya Dövlət Dumasının hakim partiyadan deputatı Aleksey Yezubovun prezident Putinin Qarabağ münaqişəsi üzrə qəti mövqeyi barədə dedikləri artıq bir neçə gündür ki, erməni mətbuatının gündəmindən düşmür.

İstiPress-in məlumatına görə, aprel döyüşləri zamanı erməni işğalından azad olmuş Cocuq Mərcanlı kəndində keçirilmiş konfransında çıxış edən Yezubov bildirib: "Ermənistan, Putin, Əliyev və Sarkisyan tərəfindən işlənmiş yol xəritəsinə görə, işğal etdiyi 5 rayonu Azərbaycana qaytarmalıdır. Putin bəyan edib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir".

Bir sıra erməni ekspertlər düşünürдэк ki, Serj Sarkisyan baş nazir olan kimi həmin 5 rayonu Azərbaycana qaytarmalıyımış və onun hakimiyyətdən, demək olar ki, könüllü şəkildə getməsini bununla izah edirlər. Yəni adının tarixə rayonları Azərbaycana qaytaran adam kimi düşməsini istəməyib.

Hakimiyyətə, əslində Serj Sarkisyanın xeyir-duası ilə gəlmiş Nikol Paşinyan isə ümumiyətlə, Qarabağ danışıqlarından imtina etməsi Azərbaycan üçün müharibədən başqa yol qoymayıb.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Bu məsələyə toxunan Rusiyanın "Rosbalt" portalı Azərbaycanın müharibə yolu seçərsə, yetərincə ehtiyatlı davranacağını düşünür. Ermənistanın Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğunu nəzərə alan portal müharibənin hətta Ermənistan sərhədlərini aşdığı şəraitdə KTMT-nin İrəvana yardımı qaçmaycağını bildirib:

"Blok üzvlərinin İrəvana ürəyi yanmır və çətin ki, onun yardımına qaçarlar. Belə olan zaman ağırlıq Rusiyanın üzərinə düşəcək, o isə Rusiya ilə münasibətələrin xüsusi qiymət verən Bakı ilə münasibətləri korlamaq istəməyəcək, yəni rəsmi olaraq Ermənistana hücum etməyəcək və müharibə qeyri-müəyyən səciyyəli olacaq".

Yəni portal işarə vurur ki, Azərbaycan müharibəni konkret olaraq Qarabağda aparmalı olacaq. Ancaq hadisələrin son gedişi göstərir ki, müharibə rahatlıqla Ermənistanın da ərazisinə keçirilə bilər və Rusiya bu məsələyə laqeyd qala bilər. Özü də bunu həm Rusiya, həm də Ermənistan ekspertləri də vurğulayırlar.

Məsələn, Rusiya hərbi eksperti Vadim Yevseyev düşünür ki, əgər Ermənistan Putinə yaxın adamların cəbhə bölgəsinə səfər edərək Azərbaycanın xeyrinə  bəanatlar verməsini istəmirsə, NATO və Qərblə sıx əlaqələrə can atmasınlar. Amma belə görünür ki, NATO ilə əlaqələrdən geri durmaq istəmirlər və "Lragir"də bu gün  Vadim Yevseyevin sözlərini şərh etmiş erməni ekspert Akop Badalyan iddia edib ki, 2018-ci ilin aprel-may aylarından sonra Ermənistanın ayaqları altında torpaq möhkəmlənib və Ermənistan artıq Rusiyaya qulbeçəlik etmək niyyətində deyil.

Lakin elə Ermənistanın özündə bir çox siyasətçilər düşünür ki, Paşinyanın Ermənistanı Qarabağ danışıqlarından çıxarması və Rusiyanın məsləhətlərinə qulaq asmaması Ermənistan üçün böyük fəlakətlərə gətirə bilər. Ermənistan parlamentinin keçmiş deputatı Ercanik  Abqaryan  "1in.am" portalına müsahibəsində Ermənistanda Azərbaycanın qoşunların təmas xəttinə hərbi texnika cəmləməsi barədə yaranmış yanlış təsəvvürə aldanmamağa çağırıb və bunun sadəcə "güc nümayişi" olmadığına işarə edib: "Belə bir atalar sözü var - divara asılmış tüfəng gec-tez atəş açacaq".

Abqaryanın sözlərinə görə, Ermənistanın bu məsələdə Qərbə ümid bağlaması da yanlışdır - hazırda qərb cəmiyyəti çat verir, iqtisadi müharibə başlayıb və s. Amma əvəzində regionda Ermənistan əleyhinə "triumvirat" - Rusiya, Türkiyə və Azərbaycan üçlüyü yaranır. Abqaryan bildirir ki, Azərbaycan üçlük daxilində və beynəlxal aləmdə Qarabağ məsələsinə liqeydliyin yarandığına əmin olan gün Ermənistanı cəzalandırmağı "baş vermiş fakt"a çevriəcək. Yəni Azəraycan ildırım sürətli müharibə variantı seçəcək.