Ordumuz ərazidə döyüş tapşırıqlarını planlaşdırır

04 İyul, 2018 18:50 | Siyasət | Baxış sayı: 140

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.