İlham Əliyev Trampa məktub yazdı

04 İyul, 2018 09:14 | Siyasət | Baxış sayı: 115
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

"Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın səylərinə böyük ümid bəsləyirik"

"Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik". 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Trampa göndərdiyi məktubda belə qeyd edib. 

Dövlət başçısı buna görə münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkənin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən prezidentin səylərinizə böyük ümidlər bəslədiyimizi qeyd edib.