Ermənistanın ən ziyalı oğruları

04 İyul, 2018 18:32 | Siyasət | Baxış sayı: 91
Mesrop Mastoşun heykəli - İrəvan
Mesrop Mastoşun heykəli - İrəvan

Ermənistanda hər yerədə və hər şey oğurlanır. Ermənistan ictimai televiziyasında böyük maliyyə oğurluğunun üstü açılıb.

Söhbət 350 min dollardan gedir. Dələduzluq faktları arasında xidmət haqqında saxta razılaşmalar, müxtəlif yalançı maliyyə smetaları, üçüncü şəxslərlə icarə haqqında müqavilələr var.

Erməni mətbuatının yazıdğına görə, telekanalda yoxlama formal olub. Audit kompleks olmayıb. Baş prokurorluq oğurluq, vəsaitlərdən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi açıb.

Xatırladaq ki, bir müddət öncə - hələ yoxlamadan öncə ictimai kanalı bir neçə aparıcı jurnalist tərk edib. Onlar Nikol Paşinyanın ünvanına tənqidlə çıxış etmişdilər.