Azərbaycan Ordusu döyüş atışlarına başladı - VİDEO

04 İyul, 2018 20:46 | Siyasət | Baxış sayı: 299
Azərbaycan ordusu
Azərbaycan ordusu

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.

Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir.