Paşinyan Azərbaycana gizli yolla silah satır?

04 İyun, 2020 14:32 | Siyasət | Baxış sayı: 1087
Rusiyanın ən çağdaş "İsgəndər" raketləri İrəvanda
Rusiyanın ən çağdaş "İsgəndər" raketləri İrəvanda

Erməni baş nazir Rusiya hərbi texnikasını 3 dəfə ucuz əldə edir

Ailəsi ilə birlikdə koronavirusa yoluxmuş Ermənistan baş naziri Nikol Paşiyan növbəti zərbəni yaxın qohumu, keçmiş səfir Mikael Minasyandan alıb.

İstiPress-in məlumatına görə, Ermənistanın Vatikanda səfiri olmuş keçmiş səfir onu Rusiyadan modern silahlar alaraq gizli yolla üçüncü ölkələrə satmaqda günahlandırır. O, həmin silahların üçüncü ölkədən keçərək dördüncü ölkəyə, yəni Azərbaycana da verilə biləcəyini iddia etməkdən çəkinmir.     

Minasyanın sözlərini dərc edən “Aysor.am” portalı bildirir ki, bu yaxınlarda - mayın 23-də Nikol Paşiyanın müşaviri general Arşak Karapetyan silah sövdələşməsi üçün Rusiyaya yola düşüb və bu sövdələşmə zamanı Rusiyadan daxili qiyəmtlərlə əldə edilmiş modern sildahların təxminən 40 faizi hansısa David Qalstyanın vasitəsi ilə məsələn Birləşmiş Ərəb Əmirliyinə ötürülür. Məqalədə işarə vurulur ki, NATO silahına əsaslanan ərəb ölkəsinə, təbii ki, rus silahı lazım deyil və o da bu silahları işlədən “dördüncü ölkəyə”, yəni Azərbaycana göndərir. 

Nikol Paşinyan rus Su-30-na minəndən sonra kəskin dəyişdi
Nikol Paşinyan rus Su-30-na minəndən sonra kəskin dəyişdi

Portalın yazdığına görə, Paşinyanın bu alverdən gəlirləri həddindən böyükdür, çünki Ermənistan silahlar dünya bazarı qiymətlərindən 65 faiz, yəni 3 dəfə ucuz alır. Məsələn, dünya bazarında 1 milyard dollara satılan Rusiya hərbi texnikası Ermənistana 350 milyon dollara satılır, arada yaranan fərq Paşinyan və Rusiyadakı ortaqları tərəfindən bölünür. Təbii, silah bir xeyli ucuz təklif edilir ki, dövlətlər rəsmi yoldan vaz keçərək, Ermənistandan alsınlar.

Ola bilər ki, Paşinyan ruslardan silah alaraq hansısa qeyri-rəsmi birləşmələr və ya dövlətlərə satır. Hər halda, əvvəllər Rusiyaya nifrət edən Paşinyan birdən-birə Kreml aşiqinə çevrildi. Həm də artıq pul nə vaxtsa Qərbə qaçıb orda dissident-demokratlıq etmək istəyn “narıncı” siyasətçiyə maneçilik törətməz.       

Amma, təbii ki, bu versiyada Azərbaycana işarə edilməsinin əsası yoxdur, çünki 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu Rusiya silahı ilə müqayisdə daha modern hərbi sursata malikdir və daha çox Türkiyə texnologiyasına əsaslanan bir təchizata istiqamətlənib. Suriyada Türkiyə ordusunun apardığı İdlib döyüşləri göstərir ki, Rusiya texnologiyası Türkiyə dronları ilə bacarmır. Yəni Azərbaycan öz qardaş dövlətində olan çağdaş texnologiyanı qoyaraq niyə mənəvi köhnəlmiş silahlara pul versin?