İşsizlərə yenidən 190 manat verilib-verilməyəcəyi bu gün məlum olacaq

04 İyun, 2020 11:05 | Siyasət | Baxış sayı: 88
Manat
Manat

190 manat birdəfəlik yardımın vətəndaşlara verilməsi aprel və may ayları üçün idi. Amma yenidən məhdudlaşdırma olarsa, bu məsələyə baxıla bilər.

İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək: "Hələlik, bu barədə heç nə deyə bilmərik".