Baş Nazirin televiziya vasitəsilə müraciəti olacaq

04 İyun, 2020 13:31 | Siyasət | Baxış sayı: 126
Əli Əsədov
Əli Əsədov

Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək.

İstiPress-in məlumatına görə, çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq.

Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib. Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.

10:57

Baş Nazir Əli Əsədovun çıxışından sonra qadağaların hansı istiqamətdə veriləcəyi məlum olacaq.

İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, məhdudlaşdırmaların detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək:

"Cərimələrə gəldikdə isə məhdudlaşmalardan asılı olmayaraq, bunlar qüvvədə qalacaq: "Hansı istiqamətdə məhdudlaşma olub və ya olmamasının cərimələrə aidiyyəti yoxdur. Karantin qaydalarını pozan şəxslər cərimələnəcək".