Alman və erməni faşistlər Azərbaycana qarşı birləşir

04 İyun, 2019 16:24 | Siyasət | Baxış sayı: 1002
Ermənistan ordusunda hərbi texnika belə faşist simvolu svastikanın mürəkkəb kompozisiyası ilə bəz\ədilir
Ermənistan ordusunda hərbi texnika belə faşist simvolu svastikanın mürəkkəb kompozisiyası ilə bəz\ədilir

Alman məhkəməsində şok faktlar ortaya çıxıb

Bu il may ayının sonlarında Azərbaycanın işğal edilmiş ərazilərində erməni faşistlərin görüşünə gəlmiş alman deputat Ştefan Koyterin də faşist olduğu ortaya çıxıb.

İstiPress-in məlumatına görə, “Almaniya üçün alternativ” partiyasından olan deputatın faşizm heyranı olması barədə Almaniyanın “Stern” nəşri yazıb. Beləliklə, alman siyasətçini erməni millətçiləri ilə birləşdirən “ümumi dəyərlər”in - ekstremizm, populizm və militarizm olduğu aydın olub.

Məsələ bundadır ki, Almaniyanın Vuppertal şəhərinin məhkəməsində Koyterlə yerli blogerin bu məsələ ilə bağlı məhkəməsi gedir. Məhkəmənin gedişi zamanı şahidlərdən biri siyasətçinin əleyhinə sərt ittihamlar irəli sürüb və onu faşistlikdə günahdandırıb. Dediyinə görə, Koyter onunla mübahisə edəndə “yəhudi donuzu” adlandıraraq təhqir edib.

Ştefan Koyter barədə "Stern"in kollajı
Ştefan Koyter barədə "Stern"in kollajı

Həm də vaxtilə bir partiya sıralarında olanda faşistlər kimi “Hayl Hitler” cümləsi ilə salamlayıb. Həmçinin “Whatsapp”la ona faşist məzmunlu şəkillər göndərib. Məhkəmə araşdırma aparıb və məlum olub ki, siyasətçi mütəmadi olaraq öz həmkarına Hitlerin şəkillərini və videolarını göndərib. Hazırda məhkəmə işi davam edir və siyasətçi bu cür anormal paylaşımlarına məqntiqli izahlar verməlidir.

Almaniya 1914-cü ildə - ərazilərin xeylisini itirib
Almaniya 1914-cü ildə - ərazilərin xeylisini itirib

Qeyd edək ki, almanlar faşizmə dəstək veriklərinə görə Allah tərəfindən cəzalandırıldılar -  Almaniya min il boyunca nəzarətində olan və artıq bütünlüklə almanları yaşadığı Şərqi Prussiyanı itirdi - Könsberq (Kalininqrad) Rusiyanın, Krakhau (Krakov) və Dansiq (Qdansk) Polşanın əlinə keçdi, Polşa tarixi alman torpaqları hesabına Baltik dənizinə çıxış əldə elədi. İnşallah, eyni aqibəti faşizmə dəstək vermiş ermənilər də yaşayarlar.