Zakir Həsənov Rusiyaya gedir

04 İyun, 2018 13:14 | Siyasət | Baxış sayı: 90
Zakir Həsənov
Zakir Həsənov

Nazir nazirlər şurasının iclasına qatılacaq

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə,  general-polkovnik Zakir Həsənov bu məqsədlə Rusiyaya yola düşür. İclas Tıva Respublikasında keçiriləcək. 

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.