Xankəndində ermənilər ayağa qalxdı

04 İyun, 2018 12:30 | Siyasət | Baxış sayı: 101
Erməni polisi
Erməni polisi

Reketlik edən ermənilərə cəza verilsin

Dağlıq Qarabağda sakitçilik yenə pozulub. İşğal altındakı Dağlıq Qarabağda, Xankəndində işğal rejiminin xüsusi təyinatlıları ilə sakinlər arasında toqquşma başlayıb. Bununla bağlı olaraq etiraz aksiyaları hələ də davam edir.

Nümayişçilərin əsas tələbi isə xüsusi təyinatlıların məsuliyyətə cəlb etməkdir. Şahidlərin sözlərinə görə, güc strukturu əməkdaşları özlərini şəhərin sahibi kimi aparıblar. Onlar buna görə irad tutulduqda isə davaya başlayıblar. Nəticədə bir neçə nəfər yaralanaraq xəstəxanalara çatdırılıb.

Etiraz edənlər hətta separatçı rejimin rəhbərliyi ilə də görüşüblər. Amma heç bir nəticə əldə edilməyib.

Bu yerli sakinlərlə İrəvandan gəlmələr arasında baş verən dava ilk deyil. Onların özbaşına davranışları yerli əhalini artıq cana gətirib. Xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, işğal rejiminin cəza aparatı kimi fəaliyyət göstərirlər.