Xankəndidə etirazçılar Azərbaycan bayrağı qaldıracaq

04 İyun, 2018 20:54 | Siyasət | Baxış sayı: 1982
Xankəndidə etiraz mitinqi
Xankəndidə etiraz mitinqi

İrəvan böyük qorxu içində vəziyyəti izləyir

Qarabağda iyunun 1-dən başlamış etirazlar İrəvanda ciddi qorxu yaradıb.

İstiPress-in mədlumatına görə, erməni millətçiləri işğal edilmiş ərazilərdə yaranmışh bu qarşıdurma üzündən Ermənistan ordusunun Qarabağı tərk etməsi ilə nəticələnəcəyindən qorxurlar.

Mətbuatın buna münasibəti fərqlidir və Ermənistan xüsusi təyinatlılarına etiraz edən yerli əhalini dəstəkləyənlər çoxdur.

İndiyə kimi Qarabağda 10 nəfərlik bir qrupun etiraz aksiyası keçirməyə risk etmədiyini bildirən şərhçi Aram Amatuni «1in.am»dakı məqaləsində yazır: «İndi onlarla, yüzlərlə insan etiraz aksiyası vasitəsi ilə siyasi gündəliyi açıqlayır».

«Lragir»ə müsahibə verən yerli, yəni qarabağlı siyasətçi Tiqran Qriqoryan isə indi Qarabağ sakinlərinin qorxmadığını və işğal rejiminə etiraz etməyə cürət etdiklərini bildirir: «İnsanların söz deməyə qorxduğu əvvəlki vəziyyət artıq yoxdur. Əvvəllər insanlara təzyişq etmək üçün müxtəlif cür inzibati pressinq və güc resurslarından istifadə edirdilər».

Tiqran Qriqoryan - Xankəndidə yaşayan yerli siyasətçi
Tiqran Qriqoryan - Xankəndidə yaşayan yerli siyasətçi

Təbii ki, işğal rejiminə etiraz etmiş Qarabağ erməniləri vətəndaşı və sakin olduqları ölkənin - Azərbaycanın rəhbərliyinə yardım üçün müraciət edə bilərlər və ya işğal rejiminin bayraqlarını hər yerdən söküb ataraq Azərbaycan bayrağı qaldıra bilərlər ki, İrəvan bundan qorxur.

Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan belə vəziyyətə qarışıb və o, əslən Qarabağdan olan siyasətçilərə - Robert Koçaryana, Serj Sarkisyana müraciət edərək təcili Xənkəndiyə gedərək camaatı sakitləşdirməyə çağırıb. O hətta indi həbsdə olan Qarabağ ermənisi Samvel Babayanı türmədən çıxarmağı və xalqı sakitləşdirmək üçün Xankəndiyə yollamağı məsləhət verib.

Amma bütün bu məsləhətlər artıq əbəsdir. Cin artıq küpədən çıxıb. Sovet illərində Azərbaycanın ən rifahlı və abad bölgəsində yaşamış Qarabağ erməniləri artıq faşistlərdən qorxmurlar və vətəndaş kimi sözlərini deyə bilirlər. Ola bilsin ki, günlərin birində Qarabağ ermənilərinin Şuşada və Xankəndidə Azərbaycan bayraqları ilə etiraz mitinqinə çıxacaqlarını görəcəyik.