Tiflis metrosu bağlandı, tətil başladı - mer od püskürdü

04 İyun, 2018 12:00 | Siyasət | Baxış sayı: 117
Tiflis metrosu
Tiflis metrosu

"Şəhər sakinlərinin şantajdan, ultimatumdan əziyyət çəkməyinə imkan verməyəcəm"

Tiflis metrosunun işi dayanıb. İstiPress-in "Sputnik"ə istinadla verdiyi məlumata görə, metro maşinstləri tətil elan ediblər. Onların əsas tələbləri maaşlarının artırılmasıdır. Onlar tələbləri yerinə yetirlənə kimi tətilə davam etmək niyyətindədirlər. 

“Tətil genişmiqyaslıdır. Metropoliten iflic vəziyyətə düşüb. Tələblərimiz yerinə yetirilənədək biz aksiyanı davam etdirəcəyik. Biz hər saat üçün 10 lari (4 dollar) tələb edirik. Əmək haqqlarımızın 45 faiz artırlımasını istəyirk", deyə  aksiya iştirakçısı, maşinsit Beco Qoqiçaşvili bildirib.

Gürcüstan paytaxtının meri Kaxa Kaladze isə tətil elan edən metropoliten işçilərini tənqid edib. O, şəhər sakinlərinin şantajdan və qeyri-müəyyən, ultimatumlardan əziyyət çəkməyinə imkan verməyəcəyini deyib. O, deyib ki, əgər maşinistlərin xeyrinə qərar verilsə bu digər sosial işçilərə qarşı haqsızlıq olacaq. ""Onların əməkhaqqı polis patrullarının, təcili tibbi yardım briqadası həkimlərinin, xilasedicilərin və yanğınsöndürənlərin maaşlarından çoxdur . Meriyanın şanataja əsaslanaraq ədalətsiz qərar verməyinə imkan vermək olmaz. Əks halda mən 24 saata çalışan müəllimlər, təcili yardım briqadaları və s sosial xidmət sahəsində çalışanlara qarşı qeyri konstruktiv addım atmış olacağam". 

Mer nəqliyyat kollapsından qaçmaq üçün tətil bitənə kimi avtobusların pulsuz olacağını deyib.