Şuşanı almış erməni general: Vəziyyət çox qorxuludur

04 İyun, 2018 19:49 | Siyasət | Baxış sayı: 1096
Azərbaycan ordusunun Naxçıvandakı özüyeriyən artileriyası
Azərbaycan ordusunun Naxçıvandakı özüyeriyən artileriyası

Arkadi Ter-Tadevosyan: “Panika yaratmaq istəmirəm…”

Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan  Ermənistanın yeni baş naziri Nikol Paşinyanı hərbi sahədəki təyinatlarını uğursuz sayıb.

İstiPress-in məlumatına görə,  Komandos ləqəbli general Ter-Tadevosyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsindən çıxarılmasını Paşinyanın səhvi adlandırıb.

“Mən dəyişiklikləri tənqid etmirəm, amma deyə bilərəm ki, baş qərargah rəisi 1991-ci ildən işləyir, orduda xidmət edib, təcrübəsi var. Onun çıxarılması düzgün addım olmayıb”,- deyə Arkadi Ter-Tadevosyan  Ermənistanın “1in.am” saytına müsahibəsində bildirib.

Arkadi Ter-Tadevosyan cəbhədə vəziyyətin ermənilər üçün elə də xoş olmadığını bildirib: “Panika yaratmaq istəmirəm, amma keçmişdə deyə bilirdi ki, əziz xalqım heç nə olmayacaq, amma indi deyə bilmirəm ki, müharibə olacaq və ya olmayacaq. Vəziyyət çox ağırdır”,- deyə Komandos ləqəbli erməni hərbçi bildirib.

Sarkis Xandyan
Sarkis Xandyan

Paşinyanın bir çox kadrları erməni millətçilərini hövsələdən çıxarır. Məsələn, baş nazir aparatının rəhbəri Londonda Universitet bitirmiş Sarkis Xandanyan təyin olunub. Xandanyan “Civilitas” fondu ilə çox yaxın olub və fondun maliyyələşdirdiyi saytda 5 il jurnalist işləyib. O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının fəal tərəfdaşıdır.

Tiqran Muqnesyan
Tiqran Muqnesyan

Paşinyan “oçko”nu 21 yaşlı Tiqran Muqnesyanı öz aparatına müşavir təyin etməklə vurub. Bu müxalifətçi fəal "Vətəndaş müqaviləsi" hərəkatının iştrakçısıdır. Müxtəlif olimpiadalarda, o cümlədən "Nə? Harada? Nə zaman?" intellektual teleoyununda iştirakçı olub və s. Bir sözlə ənənəvi erməni paranoyasından uzaq, qərbyönümlü biridir.