Paşinyanın 10 illik əsərinin bəxti açıldı

04 İyun, 2018 15:07 | Siyasət | Baxış sayı: 128
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazir roman satışına başladı

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daha bir qabiliyyəti də üzə çıxıb. Sən demə əsas maydançı əsər də yazır.

Ermənistanın baş naziri öz romanının reklamnına başlayıb. Bu kitab “Ölkənin əks tərəfi” adlanır. “Hələ 2008-ci ildə yazılan romanı bu gündən mağazalardan soruşun”, yazaraq Paşinyan özünün “Facebook” səhifəsində qeyd edib.

Görünür ki, 10 il öncə yazılan kitab heç bir nəşriyyatın marağını çəkməyib. Ölkənin baş naziri olduqdan sonra isə roman dərhal çapa gedib.

Bu kitabı alan olub-olmayacağı başqa məsələdir. Erməni xalqı hesablarını bilir və pullarını küləyə sovurmaq indi onlara sərf etmir. Onlar hesab edirlər ki, əllərindəki pulu acından ölməmək üçün qidaya versələr daha yaxşı olar.