Naxçıvandakı qoşunlarımızın böyük uğuru

04 İyun, 2018 18:59 | Siyasət | Baxış sayı: 580
Azərbaycan ordusunun Naxçıvandakı tankları
Azərbaycan ordusunun Naxçıvandakı tankları

Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.