Bu jurnalistlərə vəzifə verildi

04 İyun, 2018 14:48 | Siyasət | Baxış sayı: 183
Məmurlar
Məmurlar

Jurnalistika aləmində yaxşı tanınan iki mətbuat xidməti sektoru mütəxəssisinə vəzifə verildi. 

İsti Press-in məlumatına görə, Nuridə Allahyarova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin  mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. 

Nuridə Allahyarova
Nuridə Allahyarova

Qeyd edək ki, N. Allahyarova daha əvvəl Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri olub.

Həmçinin, Fazil Talıbov isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Fazil Talıbov
Fazil Talıbov

F.Talıbov bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.  Qeyd edək ki, o, yeni işində Elman Babayevi əvəzləyəcək.