Azərbaycandan Rusiyaya etiraz - Cavab niyə dəyişdi?

04 İyun, 2018 10:06 | Siyasət | Baxış sayı: 388
XİN
XİN

XİN rəsmisi Kojinin dediyi ilə rəsmi saytda yazılan sözlər qalmaqala səbəb oldu

"Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm".

Bunu Rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinin stenoqramının orijinal nitqdən fərqli təqdim olunması ilə əlaqədar XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Bu ağılasığan və başa düşülən hal deyildir. Trend agentliyi tərəfindən təqdim olunan videoda açıqlamanın Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar tərəfi olması iddiası kontekstində verildiyi və Ermənistan rəhbərliyinin bu addımının qeyri-konstruktiv adlandırıldığı aydın şəkildə görünür. Rusiya XİN-nin rəsmi saytında mətbuat konfransının stenoqramasında isə zəngin rus dilinin imkanlarından istifadə edilərək verilən cavabın guya Trend-in jurnalistinin sualına aid olduğu yazılır.

Əlavə etmək istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin danışıqlarda iştirak etməsi barədə Ermənistanın yeni hakimiyyətinin iddiaları tamamilə əsassız, gülünc və qeyri-konstruktivdir. Azərbaycan ərazilərini güc yolu ilə işğal edən və işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu saxlayan dövlət olaraq Ermənistan məsuliyyət daşıyır. Bu beynəlxalq hüquqi məsuliyyət Ermənistanı avtomatik olaraq münaqinin tərəfi edir".

Artyom Kojin
Artyom Kojin

Xatrıladaq ki, Rusiya XİN-in mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojin bir neçə gün öncə keçirdiyi brifinq qalmaqala səbəb olub. Diplomat brifinqdə azərbaycanlı jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfəindən Dağlıq Qarabağın danışıqlar prosesində iştirakına dair ötən ay verdiyi bəyanatlarla bağlı sualına şərh verib, bunu açıq-aşkar “qeyri-konstruktiv və səs-küylü bəyanat” adlandırıb. Lakin daha sonra XİN-in rəsmi saytında brifinqin stenoqramının həmin hissəsini redaktə ediblər. Nəticəcə belə alınıb ki, Kojin Paşinyanın bəyanatlarını xatırladan azərbaycanlı jurnalistin özünü “qeyri-konstruktivlikdə və səs-küylü bəyanatlar verməkdə” ittiham edib.

Brifinqdə azərbaycanlı jurnalistin Artyom Kojin sualı belə olub:“Ermənistanın baş naziri müsahibələrindən birində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın işğal altındakı ərazilərində qurulan qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bu cür bəyanatlar danışıqlar prosesini nə dərəcədə mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”

Cavab olaraq Artyom Kojin bildirib: “Ümumiyytlə bu məsələ ilə bağlı düzülmüş reslərə, xüsusən də ATƏT tərəfindən, yatmayan səs-küylü bəyanatlar yəqin ki, qeyri-konstruktivdir. Mən belə deyərdim".

Lakin bir müddət sonra Rusiya XİN-in saytında brinfinqin həmin hissəsində Kojinin cavabı aşağıdakı redaktədə verilib: “Sizin  düzülmüş relslərə, xüsusən də ATƏT tərəfindən, yatmayan səs-küylü bəyanatlarınız qeyri-konstruktiv görünür”.