Supergüclərin lazer savaşı

04 May, 2018 10:37 | Siyasət | Baxış sayı: 239
Amerika qırıcıları
Amerika qırıcıları

"Bu əsl təhdidir"

ABŞ-ın təyyarələrinə lazer hücumu olub. Bu hücum Çindəki bazadan edilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə,  Pentagon sözcüsü Dana Vayt ABŞ-ın Cibutidəki hərbi bazasından havaya qalxan təyyarələrə bazanın yaxınlığındakı Çin hərbi obyektindən lazer salındığını deyib. Bunu kimin etdiyi hələlik bəlli deyil.

"Bu çox ciddi hadisədir. İki yaralanma olub. Bu əsl təhdiddir. Rəsmi olaraq Çin hökumətinə diplomatik formada etiraz etmişik və çinlilərdən araşdırma tələb etmişik".

Onun sözlərinə görə, belə hücumlar son zamanlarda müntəzəm olaraq baş verir. Ancaq son bir neçə həftə ərzində daha da intensizvləşib.

Çin ölkədən kənardakı ilk bazasını ötən il Cibutidə açıb. Amerikalı rəsmilər bunun onlar üçün heç bir problem təşkil etmədiyini, Çinlilərər icazənin verilib-verilməməsinin Cibutinin daxili işi olduğunu bildirmişdilər. Cibutidə Çin və ABŞ-dan başqa, yaponiya, Fransa kimi ölkələrin də bazaları yerləşir.