Paşinyana Putin əvəzinə Qarabağ təklifi

04 May, 2018 15:30 | Siyasət | Baxış sayı: 1450
Rusiyanın Ermənistana vəd verdiyi silah
Rusiyanın Ermənistana vəd verdiyi silah

Ermənistanın həqiqi rəhbərinı ünvanlanan məktubun arxa planı

İrəvanda yerləşən “Mediamaks” agentliyinin rəhbəri Ara Tadevosyanın Ermənistanın həqiqi rəhbəri kimi Putinə ünvanladığı məktub postsovet məkanında ciddi reaksiya doğurub.

İstiPress-in məlumatına görə, Ara Tadevosyanın “Kremlə, Ermənistan Respublika Partiyasının faktiki rəhbərinə” adlı məqaləyə ilk reaksiyanı “EADaily” portalında məqalə dərc etdirmiş ukraynalı jurnalist Andrey Qanja verib.

Ukraynalı müəllifin diqqətini əsas cəlb edən məsələ Tadevosyanın hakim partiyanın əleyhinə Putinə materiallar çatdırması, yəni “donos” yazması olub. Tadevosyanın Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaxın adamı olduğunu nəzərə çatdıran ukraynalı jurnalist bildirib ki, bu, sadəcə, Kremlə əməkdaşlıq təklifidir. Yəni Tadevosyan Putinə çatdırmaq istəyir ki, Ermənistana rəhbər vəzifəsinə Robert Koçaryanı qaytara bilər. Bunun üçün o, faşist Qaregin Njdeni ideoloq seçmiş Respublika Partiyası ilə Robert Koçaryanın heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışır.

Andrey Qanja məhz bu məqama toxunur və Rusiya üçün Robert Koçaryanla Paşinyanın heç bir fərqi olmadığını, öz mənafeyi üçün Nikol Paşinyanı da dəstəkləyə biləcəyini vurğulayır: “Ermənistanda Kreml geosiyasəti üçün həddindən vacib bir “iynəcik” - Gümrüdəki hərbi baza var. Onun üzərində nəzarəti saxlamaq üçün Moskva istənilən siyasi qüvvəni dəstəkləməyə hazırdır”.

Paşinyan baş nazir olduqdan sonra Ermənistanın Rusiyaya sadiq qalacağına söz verib
Paşinyan baş nazir olduqdan sonra Ermənistanın Rusiyaya sadiq qalacağına söz verib

Eyni fikir Ermənistanın “1in.am” portalına müsahibə vermiş ukraynalı analitik Vitali Portnikov tərəfindən də vurğulanıb. Portnikov Ermənistandakı etiraz nümayişlərinin lideri Nikol Paşinyanın baş nazir seçilmək üçün ictimaiyyət qarşısında verdiyi vədlər çərçivəsində Serj Sarkisyan kimi Vladimir Putinə qulbeçəlik etməyə məcbur olacağını bildirib. 

Vitali Portnikov Nikol Paşinyanın Qarabağla verdiyi vədlərə işarə edərək qeyd edib:

“Ermənistan yalnız avtoritar rejimin deyil, həm də Qarabağın girovudur. Mən deyərdim ki, birinci növbədə Qarabağın, daha sonra avtoritarizmin girovudur” - deyən analitik Azərbaycanla və Türkiyə ilə sülhün Ermənistan üçün həddindən vacib olduğunu vurğulayıb:

“Bunu kişi kimi etiraf etmək və yeni ölkə rəhbərliyinə (Paşinyana - red.) sual vermək lazımdır. Əgər, o, Qarabağ məsələsində status-kvonu saxlamaq niyyətindədirsə, avtomatik olaraq erməni yoxsulluğu, çıxılmaz vəziyyət və mühacirət məsələsində status-kvo saxlamaq niyyətindədir”.