Deputat maaşından narazı qaldı - 8 min olsun

04 May, 2018 14:09 | Siyasət | Baxış sayı: 260
Azərbaycan manatı
Azərbaycan manatı

Spikerə isə 10 min manat maaş istənib

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

IstiPress-in məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

"Bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq",- deyə millət vəkili vurğulayıb.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”. 

Qüdrət Həsənquliyev - millət vəkili
Qüdrət Həsənquliyev - millət vəkili