Azərbaycan Sarkisyana kömək etməyə hazırlaşır?

04 May, 2018 12:34 | Siyasət | Baxış sayı: 287
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti, yeni baş naziri
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti, yeni baş naziri

Erməni diplomatın sərsəm açıqlaması

Psixatrların Ermənistana təcili köməyi lazımdır... Armen Melikyan adlı erməni diplomata erməni mətbuatına açıqlamasında olduqca “dərin” fikirlər səsələndirib.

Onun fikrincə, Azərbayacan hərbçiləri öz əməliyyatlarını fəllaşdırıblar. Bununla Serj Sarkisyanın partiyasına kömək edəcəklər və Ermənistanda  hakim partiya bundan dinc əhalinin etirazlarını güclə yatırmaq üçün istifadə ediləcək. Həm də hakim partiya KTMT tərəfdaşlarına müraciət edərək onalara siyasi dəstək vermələrini istəyə bilərlər.

Məsələ indi aydın olur. Məhz onun kimilər şayiələr yaymışdılar ki, Azərbayacan ordusu cəbhə xəttində texnika və canlı qüvvə toplayır.

Melikyanın dediyi bir daha göstərir ki, bu ölkədə ictimaiyyət nə dərəcədə xəstədir. Azərbaycanın Sarkisyana kömək etməyə razılaşmasını ancaq səfeh adam deyə bilər.