Rusiya bunlara görə Türk Ordusu ilə döyüşdən qaçır - SƏBƏBLƏR

04 Mart, 2020 17:30 | Siyasət | Baxış sayı: 4851

Ermənilərin bütün ümidləri puç oldu

Erməni lobbisinin və bəzi qərb dairələrinin qızışdırmasına baxmayaraq Rusiyanın hətta ən ultramillətçi dairələri Suriyada Türkiyə ordusu ilə toqquşmadan uzaq durmağa çağırırlar. 

İstiPress-in məlumatına görə, bunların içində Rusiyada ən məşhur ermənipərəst kimi tanınmış siyasətçi - ermənipərəst Lazarev klubunun rəhbəri, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulini görmək xeyli maraq doğurur.

İdlib ətrafında nəzarət zonaları
İdlib ətrafında nəzarət zonaları

Rusiyanın "1-ci kanal"ının efirində gedən tok-şouda çıxış edən Konstantin Zatulin Türkiyə ilə müharibə ehtimalının sıfır olduğunu bildirib: “Bəli, bizim Türkiyə ilə Suriya məsələsində fikir ayrılıqlarımız ola bilər, amma bu, bizim əməkdaşlıq etməyimizə mane olmayacaq. Artıq bir neçə ildir ki, biz əməkdaşlıq edirik”.

Türkiyəyə yaxın olan Milli Suriya Ordusunun nəzarətinə keçmiş Serakib şəhərinə Rusiya sülməramlılaranın patrula başlamasının Türkiyənin razılığı ilə gerçəkləşdirildiyin söyləyən  Zatulin  vurğulayıb: “Sadəcə, amerikanlar Türkiyə ilə bizim aramızda boşluq axtarırlar ki, oraya girib, bizi aralasınlar”.

Erməni lobbisinin əsas ümid yerlərindən biri olan Zatulin bəlkə də bilərəkdən ermənipərəst KİV-lərin adını çəmir. Halbuki, həmin KİV-lər son günlərdə Türkiyənin ünvanın açıq-aydın təhqirlərlə dolu məqalələr dərc edirlər. Məsələn, İstanbulun rks mənbələrində keçən “Çarqrad” adını götürmüş, yəni İstanbulun dünya pravoslavların dini mərkəzi olduğunu rusların beyninə yeritməyə çalışan ermənipərəst  portalda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı açıq-aydın 18+ ifadələrlə təhqir edib, törətdiyi əməllərin cəzasını alacaq "sərxoş ayı" adlandırıblar.  Eyni ifadə "Regnum"da ermənipərəst şərhçi Stanislav Tarasovun da məqaləsində yer alır.

Təbii ki, bütün bu erməni-şüvənliyə baxmayaraq dərin dövlətçilik ənənələri olan Rusiya hər ili 15-20 milyard kubmetr təbii qaz satdığı, 22 milyard dollarlıq AES layihəsi gerçəkləşdirdiyi, Cənubi Avropanın qaz bazarlarına çıxmaq üçün "Türk Axını" ilə ona dəstək verən, vətəndaşları üçün ucuz ərzaq və istirahət təqdim edən   Türkiyə ilə aranı pozmaq istəməz. Yəni bu, işin iqtisadi tərəfidir və Qərb sanksiyaları fonunda Rusiya üçün çox önəmlidir.

Amma əsas səbəb bu deyil - əsas səbəb Türkiyə ordusunun  öz gücünə görə NATO-da ikinci ordu olmasıdır. Elə həmin "1-ci kanal"ın efirində qərb analitiklərindən biri Türkiyə ordusunun S-400-ləri əldə etməklə daha da gücləndiyii bildirib. Vəssalam.