Kritik görüş öncəsi Rusiyadan şok açıqlama

04 Mart, 2020 11:05 | Siyasət | Baxış sayı: 388
Putin və Ərdoğan
Putin və Ərdoğan

Rusiya "Bahar qalxanı"ndan narahatdır

Suriyada baş verən son hadisəlrədən sonra bütün dünyanın diqqəti sabaha planlaşdırılan Türkiyə və Rusiya prezidentlərinin görüşünə yönəlib. Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündən öncə Rusiya İdlibdə 34 şəhid verən Türkiyənin "Bahar qalxanı" əməliyyatından narahatlığını dilə gətirib.

Müdafiə Nazirliyinin rəsmisi açıqlamasında Suriyada hərbçi sayını artıran Türkiyənin beynəlxalq hüququ pozduğu bildirilib. Həmçinin qeyd edilib ki, təhlükəsiz zona ilə bağlı öhdəliklərə də əməl edilməyib. 

Xatırladaq ki, Türkiyə bir neçə gün öncə Əsəd rejiminin hücumları nəticəsində 34 şəhid verib. Buna cavab olaraq İdlibdə əməliyyat başlayıb və rejimə məxusus onlarla texnika, o cümlədən xeyli canlı qüvvə zərərsizləşdirilib.