Ərdoğan: Türkiyə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək

04 Fevral, 2020 18:41 | Siyasət | Baxış sayı: 92
R.T.Ərdoğan
R.T.Ərdoğan

"Bu razılaşmadan imtina etməkdən söhbət belə gedə bilməz"

Rəsmi Ankaranın bu ərəfələrdə Rusiya ilə münasibətlərində gərginlik yaranmasına ehtiyac yoxdur.

İstiPress-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında strateji əməkdaşlıq mövcuddur: “Bunlardan ən vacibi atom elektrik stansiyasının inşasıdır. Hazırda inşa prosesi davam edir”.

İki ölkə arasında digər vacib məsələnin S-400 zenit raket kompleksləri olduğunu deyən Ərdoğan qeyd edib ki, bu razılaşmadan imtina etməkdən söhbət belə gedə bilməz.

Qeyd edək ki, son günlər İdlibdə baş verən hadisələr fonunda Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi haqda iddialar səsləndirilib.