Rus ekspertdən Qarabağda müharibə anonsu

04 Yanvar, 2019 10:12 | Siyasət | Baxış sayı: 482
Cəbhədə tanklar
Cəbhədə tanklar

"Vəziyyət mütləq gərginləşəcək"

"Dağlıq Qarabağda vəziyyət mütləq gərginləşəcək. Amma nə zaman? Bunu demək çətindir". Bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert  Aleksandr Xramçix bildirib.

Onun sözlərinə görə, bu bir çox faktorlardan asılıdır. Onların arasında həm daxili, həm də xarici amillər var. “Bunun üçün də gərginlik çox tezliklə ola bilər”.

“Moskva və İrəvan münasibətlərində böhran yaşanır?" sualına cavabında o deyib ki, bu gün münasibətlərdə gərginlik müşahidə edilir. Amma vəziyyət daha pis ola bilərdi.

Hərbi ekspert qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana ünvanladığı təbrik müəyyən dərəcədə yeni rəhbərliyə mesaj rolunu da oynayır. Bu təbrik açıq şəkildə Kremlin bu günki erməni rəhbərliyə münasibətini nümayiş etdirir.

Erməni junalistlər həm də Ermənistan və Azərbaycan arasında balansın dəyişib dəyişmədiyi ilə maraqlanıblar. Direktor müavini 2016-cı ilin aprel hadisələrini xatırladıb. O, bildirib ki, hələ o vaxt bu bir növ məşq idi.

“Münaqişənin təkararlanacağı halda nə baş verəcək?” bir cavab verə bilərəm. Bəli, bu gün Azərbaycanın üstünlüyü var”.