Məşhur futbolçunun atasına 15 il həbs tələbi

04 Yanvar, 2019 15:29 | Siyasət | Baxış sayı: 49
Hakan Şükürün atası həbs olunan zaman
Hakan Şükürün atası həbs olunan zaman

FETÖ-nün çirkli pullarının yuyulmasına dair sübutlar tapılıb

Sakarya prokurorluğu Türkiyə yığmasının sabiq üzvü Hakan Şükürün atası Selmet Şükürün evində araşdırma aparıb.

İstiPress-in məlumatına görə, evdən Fətullah Gülənin müəllifi olduğu “İnsanlığın İftixar Tablosu Sonsuz Nur -1-2” adlı kitabalar aşkar olunub. 

Həmçinin Selmet Şükürün “İnelsan” şrikəti ilə birlikdə FETÖ-nün çirkli pullarının yuyulmasına dair sübutlar tapılıb. Şahid qismində iştirak edən bir nəfər tanınmış futbolçunun atasının oğlunun adına binalar tikdirdiyini bildirib. 

Nəticədə Selmet Şükürün “silahlı terror təşkilatı”na üzv olduğunun sübuta yetirilməsi səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbsə məhkum edilməsi istənilib.