ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək

04 Yanvar, 2019 16:02 | Siyasət | Baxış sayı: 29
Miroslav Layçak
Miroslav Layçak

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.

İstiPress-in məlumatına görə, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.