Almaniya Rusiya ilə düşmən ola bilər

04 Yanvar, 2019 14:08 | Siyasət | Baxış sayı: 67
Almaniya
Almaniya

Dövlət rəsmisindən proqnoz

2019-cu ildə Rusiya ilə Almaniya arasında münasibətlər gərginləşə bilər. Almaniya hökumətinin Rusiya üzrə səlahiyyətli nümayəndəsi Dirk Vize belə hesab edir. Onun sözlərinə görə, bu Moskvanın 2018-ci ildə gözlənilməz siyasət nümayiş etdirməsi ilə bağlıdır. 

"Rusiya ilə qlobal problemlərə gəldikdə isə bu məsələdə mən skeptikəm. Biz kəskin pisləşmə ilə qarşılaşa bilərik.

Keçən il biz keçmiş casus Skripalın zəhərlənməsinin şahidi olduq, daha sonra silahlanma barədə müqavilənin pozula biləcəyini dedilər. Yeni ildə belə məsələlərlə intensiv şəkildə məşğul olmalıyıq". 

Alman rəsmi Azov dənizindəki təhlükəli insidenti də xatırladıb. "Bunun üçün də deyirəm ki, Rusiya ilə əalqələr bu il də pisləşəcək".