ABŞ Konqresində ilk - Qurana əl basdı

04 Yanvar, 2019 10:33 | Siyasət | Baxış sayı: 91
Andiçmə
Andiçmə

İlk hicablı palata üzvi babasından qalan Qurana and içib

ABŞ konqresinə seçilən ilk müsəlman qadın Qurana and içdi. İstiPress-in məlumatına görə, Minnesota ştatından Nümayəndələr Palatasına üzv seçilən Somali əslilli İlhan Omar 1995-ci ildə miqrant kimi ABŞ-a köçərkən özü ilə babasından qalan Qurani Kərimi də gətirib. Ötən gün Omar bu qurana əl basaraq işə başlayıb. 

Omar "Twitter" hesabından andiçmə ilə bağlı fotolar paylaşıb. "Uşaq olanda partiya qurultaylarında babamın tərcüməcisi olmuşam. Məndə siyasətə marağı oyadan məhz o oldu. Kaş ki, bu tarixi anı görmək üçün burada olardı. Amma onun Quranına əl basdığım üçün ruhu buradadır".

ABŞ siyasi tarihxində Konqresə daxil olan ilk hicablı qadın olan Omar andiçməyə saatlar qalmış həyatı ilə bağlı çoxlarının bilmədiyi məqamları paylaşıb. O, 23 il öncə atası ilə çəkilən fotosunu "Twitter" hesabında yerləşdirib. "Atamla Keniyadakı miqrant düşərgəsindən Vaşinqton hava limanına enmişdik. Bu gün isə ilk Somali-Amerikalı olaraq Konqresdəı andiçmək üçün yenidən bu hava limanındayıq". 

Hicablı nümayəndə 4 il Keniyada miqrant düşərgəsində yaşayıb. 12 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb.