"İranda üsyan bitdi"

04 Yanvar, 2018 09:30 | Siyasət | Baxış sayı: 730
İranda etiraz aksiyası
İranda etiraz aksiyası

Qərbi Azərbaycan ostanında ölənlər var

İranda keçirilən aksiyalar zamanı Avropa vətəndaşı tutulub. İstiPress-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Saxlanılan şəxsin adı və hansı Avropa ölkəsindən olduğu açıqlanmayıb. 

Saat 08:55

"İranda iğtişaşlar başa çatıb, üsyançılar məğlubiyyətə uğrayıblar". İstiPress-in İran mətbuatına istinadla verdiyi məlumata görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Çəfəri deyib.

Generalın sözlərinə görə, etiraz edənlərin sayı hər bir şəhərdə 1,5 mindən yuxarı olmayıb. İranın ümumi ərazisində isə 15 mini ötməyib. 

"Mehr"in adıçəkilən korpusa istinadən yaydığı məlumata görə,  İranın Qərbi Azərbaycan ostanında Piranşehr şəhərində kəşfiyyat qüvvərlərinin  üç əməkdaşı həlak olub. Onlarla bağlı açıqlamada kəşfiyyatçıların antiinqilabi elementlərlə mübarizədə öldürüldüyü qeyd edilib. Eyni zamanda bu hadisənin İranda keçirilən aksiyalarla bağlı olub olmadığı da açıqlanmayıb. 

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb. Aksiyaların ilk keçirildiyi yer Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərləri olub. Dekabrın 29-da etirazlar Tehranda və Təbrizə də sıçrayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımı, işsizliyə etirazlarını bildirirlər. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Ölənlərin sayı 20-ni ötüb, 500-ə yaxın insan isə saxlanılıb. 

İranın ali dini lideri Əli Xameneini baş verən hadisələrdə ölkənin düşmənlərinin əli olduğunu qeyd edib. 

Ötən gün isə on minlərlə insan hökumətə dəstək mitinqləri keçirib.