Hərbi hissədə bir gün VİDEO

04 Yanvar, 2018 12:00 | Siyasət | Baxış sayı: 117
Azərbaycan əsgəri səngərdə
Azərbaycan əsgəri səngərdə

Müdafiə Nazirliyindən video material

Dəniz sahili, təmiz hava, genişliyi və səliqə-səhmanı ilə gözoxşayan həyət...
Malik olduğu rahatlığı ilə müasir istirahət mərkəzlərini xatırlatsa da bura Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ərazisidir.

Müdafiə Nazirliyi hərbi hissənin bir gününə həsr edilən videomaterial hazırlayıb. Materialda hərbçilər üçün yaradılan şərait, onların təlimləri, qidalanması, sağlamlıqlarınıən qorunması istiqamətində görülən işlərdən bəhs edilib. 

Bu gün hərbi hissələrdə yaradılan şərait, şəxsi heyətin yüksək döyüş ruhu, Silahlı Qüvvələrin regionda qazandığı nüfuzu ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrə bir daha işıq salır: "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"