Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

03 Dekabr, 2020 13:51 | Siyasət | Baxış sayı: 33

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. 

İstiPress-in məlumatına görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.