ATƏT sədri: "Qarabağda müharibə başa çatdı"

03 Dekabr, 2020 13:59 | Siyasət | Baxış sayı: 36

“Şükürlər olsun ki, Qarabağda hərbi əməliyyatlar başa çatdı. İndi razılaşmaları yerinə yetirmək məqamıdır”.

İstiPress-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Baş naziri, Avropa və xarici işlər naziri Edi Rama ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu gün işə başlamış 27-ci iclasında bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinə tam dəstəyimi ifadə edirəm. Etimad əldə etmək şərti ilə bu münaqişənin əhatəli, uzunnmüddətli həllinə nail olmaq üçün substantiv danışıqlar davam etdirilməlidir”, – təşkilat sədri vurğulayıb.