Səadət Yusifovaya da Administrasiyada yeni vəzifə verildi

03 Dekabr, 2019 12:32 | Siyasət | Baxış sayı: 232
Səadət Yusifova
Səadət Yusifova

Əvvəl Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.

IstiPress-in məlumatına görə, bu vəzifəyə Səadət Yusifova təyin edilib.

Qeyd edək ki, son struktur islahatlarına qədər S. Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub.

Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib.