Lavrov Dağlıq Qarabağda kompromis imkanından danışıb

03 Dekabr, 2019 15:23 | Siyasət | Baxış sayı: 200
Sergey Lavrov
Sergey Lavrov

Rusiya XİN başçısı: "Ümid edirik ki, nəticələr olacaq"

"Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".

İstiPress-in məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.

"Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.