Rusiyadan Ermənistana eyni anda iki Qarabağ zərbəsi

03 Dekabr, 2018 19:01 | Siyasət | Baxış sayı: 1097

Moskvadan yekun məsləhət: “Torpaqları gözəl qablamada qaytarın”

Erməni aşiqi Konstantin Zatulinin yaratdığı Lazarev klubunun İrəvanda keçirdiyi ilk iclasında açıqlanan faktlar Ermənistanda zəlzələ effekti yaradıb.

İstiPress-ini məşlumatına görə, Zatulin ermənilərə məsləhət verib ki, Dağlıq Qarabağ ətrafındakı rayonları “yaxşı qablamada”, yəni zonada ermənilərin təhlükəsizliyinə zəmanət aldıqdan sonra qaytarsınlar. O, ətraf rayonları qaytarıb Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına bağlanan ümidləri mənasız sayıb:

“İndiki şərtlərlə rayonları qaytarmaqla bölgənin öz müqəddəratını təyin etməsi barədə müzakirələrin aparılması qeyri-realdır”,- deyə Zatulin bildirib. 

Zatulin Azərbaycanın getdikcə gücləndiyini və Ermənistan üçün ildən ilə daha böyük təhlükəyə çevrildiyini vurğulayıb. Bu erməni ictimaiyyətində şok yaratdı. Eyni zamanda, dekabrın 6-da KTMT sammitində qurumun baş katibi məsələsinin müzakirə edilməyəcəyi bildirildi və qeyri-müəyyən tarixə təxirə salındı, yəni Ermənistanın gələn ilin sonuna kimi bu quruma rəhbərliyi davam etdirmək iddiası sıfra endi.       

Erməni mətbuatı bu erməni aşiqi Zatulinin dediklərini nə qədər şərh etməməyə çalışsa da tanınmış şərhçi, əslən Qarabağdan olan Nairi Ayrumyan  məsələyə həsr etdiyi məqaləsini “Zatulin Ermənistana torpaqları gözəl bağlamada qaytarmağı təklif edir” adlandırıb.

Təbii ki, bu erməni ictimaiyyətinin, xüsusilə də ultrasmillətçi elitanın Rusiyaya olan ümidlərinin ölməsidir. Hər halda, sadə insanlar da bilməsə, ziyalılar bilir ki, ermənilərə Birinci Qarabağ müharbəsində qələbəni ruslar bəxş edib - 1987-ci ildən hələ sovetin qanadı altında gizli erməni ordusu yaradılıb, 1989-cü ildən həmin ordu Dağlıq Qarabağa yeridilib, daha sonra muxtar vilayətə nəzarət Moskvaya verilib və azərbaycanlıların bölgədən deportasiyası başlanıb. Sonra isə müxtəlif rus hərbi ekspertlər cürbəcür cızmaqaralar yazaraq Ermənistan ordusunun Cənubi Qafqazda ən döyüşkən olması barədə nağıllar uydurmağa başlayıblar. Təbii ki, bu əfsanələr 2016-cı ilin aprel döyüşlərinə qədər davam elədi.  Ruslar da, ermənilər də bir qədər susdular, sonra ermənilər bu dəfə Rusiya kreditlərinə güvənərək hərbi balansın bərpa edilməsi barədə nağıllar uydurmağa başladılar.  

Aprel döyüşlərinin ssenarisi
Aprel döyüşlərinin ssenarisi

Amma Lazarev klubunun iclasında çıxış edən Vladimir Yevseyevin çıxışı bu uydurmaları dağıtdı. O, Azərbaycan ordusunun həm kəmiyyətcə, həm də keyfiyyətcə üstün silahalara malik olduğunu, İsraillə və bəzi Avropa ölkələri ilə keyfiyyətcə üstün yeni silahlar almaq barədə danışıqlar aparmasını da vurğulayıb. O, həm də Ermənistanı Naxçıvan tərəfdən böyük təhlükə gözlədiyini, son bir ildə Azərbaycan ordusunun Ermənistanın strateji nəqliyyat dəhlizlərini  nəzarəti altına saldığını bildirib. O, müharibə olacağı təqdirdə Türkiyədən Naxçıvan istiqamətinə böyük dəstək veriləcəyini də vurğulayıb.

Düzdür, Yevseyev Azərbaycan ordusunun keyfiyyətcə üstünlüyünü kompensasiya etmək üçün Rusiyanın Ermənistana “İsgəndər” raketləri yerləşdirməsindən də danışıb və nədənsə, Azərbaycan mətbuatı bu məsələyə xüsusi diqqət yetirib. Amma erməni KİV-ləri buna o qədər də reaksiya verməyiblər. Hər halda, onlar da  aydındır ki, nəzəri olaraq 102-ci hərbi bazada yerləşdirildiyi güman edilən həmin raketlərdən istifadəyə icazəni Moskva verir. Gərgin dəqiqlərdə, Moskvanın Bakıya qarşı bu addımı atacağına inam azdır. Həm də o raketlərin Ersmənistana gətirildiyinə inananlar da azdır. İşdir-şayət, Ermənistan tərəfdən Azərbaycana qarşı belə bir raket hücumuna risk edilərsə bu, Azərbaycanın Ermənistandakı bütün strateci obyektləri dağıtması və faktiki olaraq bu ölkəni xarabaya çevirməsi üçün presedent olacaq.  Yəni belə olan halda, Ermənistan boş əraziyə çevriləcək və dünyaya səpələnmiş ermənilər ikinci bir soyqırım əfsaənsi yaratmaq üçün fantaziyalarını işə salmalı olacaqlar.