Vyana terrorunda qurbanların sayı artdı

03 Noyabr, 2020 11:52 | Siyasət | Baxış sayı: 28

Vyanada terror hücumu zamanı ölənlərin sayı 4-ə çatıb.

İstiPress-in məlumatına görə, bu barədə Vyana şəhərinin meri Mixael Lüdviq açıqlama verib. Terror aktı nəticəsində 15 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gecə Avstriyanın paytaxtı Vyana şəhərində bir sinaqoq yaxınlığında naməlum şəxslər tərəfindən terror hücumu təşkil olunub. Cinayətkarların birinin öldüyü, digərinin isə ələ keçirildiyi bildirilib.

Sinaqoq yaxınlığında ümumilikdə 50 dəfə atəş açıldığı qeyd olunub.