Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır.
İstiPress-in məlumatına görə, bunu İranın dini lideri Ayətulla Seyid Əli Xamenei bugünkü müraciətində bildirib.
Dini liderin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Xamenei əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir.