Şoyqunun gəlişi İrəvanda yeni Qarabağ gərginliyi yaratdı

03 Noyabr, 2019 14:04 | Siyasət | Baxış sayı: 672
Sergey Şoyqu
Sergey Şoyqu

Paşinyan “əsas günahı” Rusiyanın boynuna yıxmaq istəyir

Rusiya müdafiə naziri Sergey Şoyqunun İrəvana səfəri Nikol Paşiyanı dəstəkləyən erməni KİV-lərində ciddi narahatlıq doğurub.

İstiPress-in məlumatına görə, erməni analitikləri ən çox narahat edən məsələ Şoyqunun Ermənistandakı Rusiya hərbi bazasının gücünü iki qat artıracaqları barədə dediyi ifadələrdir.

Məsələn, qarabağlı olsa da Nikol Paşiyanı dəstəklədiyini gizlətməyən erməni şərhçi Naira Ayrumyan "Lragir"də səfərlə yazdığı məqaləsində bu bəyanatın Ermənistanın müstəqilliyi baxımından çox ağır nəticələr doğuracağını vurğulayıb  

“Sergey Şoyqu bir qayda olaraq ciddi məsələlərin tənzimlənməsi üçün gəlir. Məsələn, o, 2013-cü il yanvarın 29-da gəlib, onda Ermənistan hakimiyyəti hər yerdə Avropa Birliyinə girmək niyyətindən dəm vururdu. Şoyqu Ermənistana gəldi, KTMT-nin mövqelərini güclənldirdi… 2013-cü ilin 3 sentyabr tarixi onun yanvar səfərinin məntiqi nəticəsi oldu”,- deyə Naira Ayrumyan vurğulayıb.

Erməni analitkilərin əksəriyyəti 2013-cü ilin 3 sentyabr tarixini Ermənistanın müstəqilliyinə böyük zərbə kimi dəyərləndirirlər. Həmin gün Ermənistan Avrasiya İttfaqına daxil olmaqla bağlı sənədi imzalayıb - Ermənistanın hərbi, diplomatik və xarici ticarət fəaliyyətini Moskvaya tabe edilib. Tezliklə Ermənistanın maliyyə siyasətminin Moskva tərəfindən tənzimlənəcəyi gözlənilir.

Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi
Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi

Erməni jurnalistlər bunu açıq bəyan etməsələr də, bəzən ifadələrində buna etirazları açıq həss edilir. Məsələn, Paşinyanın radikal müdafiəçisi olan “1in.am” portalının əməkdaşlarının Rusiyapərəst general Norat Ter-Qriqoryansa Şoyqunun səfəri ilə bağlı ünvanladıqları suallardan biri belə olub:

“Belə fikir yaranıb ki, bura xidmət üçün yararsız əsgərləri yollayırlar, buna görə də bazada intizam biabırçı vəziyyətdədir. Faktiki olaraq, biz öz büdcəmizdən pul ayırırıq və periodik olaraq bu cür təhdidlərlə üzləşirik”.

Düzdür, Norat Ter-Qriqoryans suala Rusiya ordusunun Ermənistanın təhlükəsizliyində böyük rol oynaması ilə bağlı uzun-uzadı cavab verir. Amma istənilən halda, Ermənistanın indiki rəhbərliyi üçün Rusiyanın bu yardımının elə də ciddi dəyəri olmadığı ortaya çıxır. Paşiyan sadəcə, Qarabağ məsələsinə görə rusların nazını çəkməyə razıdır. Yəni ruslar gedərsə, Ermənistan Qarabağla bağlı ciddi güzəştlərə getməyə hazır olmalıdır. Bu isə Paşinyanın düşmənlərini fəallaşdırıb, onu hakimiyyətdən sala bilər.

Əslində, əvvəl yazdığı məqalələrdən və kitablardan belə görünür ki, Paşinyan Qarabağın Azərbaycana qaytarılaraq Azərbaycanla möhkəm sülh əldə edilməsinə qarşı deyil, sadəcə, bunun əsas təşəbbüskarı kimi tanınmaq istəmir. Bu işin “əsas günahını” Rusiyanın boynuna yıxmaq istəyir - yəni elə variant istəyir ki, sabah “Rusiya Ermənistandan ordusunu çəkdi, Azərbaycanın Qarabağı geri almasına mane olmadı” deyə bağıra bilsin. Bu varianta nail olmaq üçünsə, Rusiyanın maraqlarına gizli-aşkar hücum edirək Moskvanı bezikdirməyə çalışır.

Məsələn, “Rosbalt”ın yazdığına görə, hazırda Ermənistan hakimiyyəti Rusiya Dövlət Dəmir Yollarını (RDY) hədəfə alıb. Ermənistan dəmir yollarını 30 illiyə işlətmək hüququ almış RDY-yə qarşı vergi gizlətməklə bağlı 60 milyon dollarlıq iddia qaldırılıb. Halbuki, RDY Ermənistan dəmir yolların 250 milyon dollar sərmayə yatırıb və 2500 vaqon gətirib. RDY hazırda Ermənistan nə qədər tez tərk etməyin yolları üzərində düşünür, təbii ki, özünə məxsus 2500 vaqonu da özü ilə aparmaq məsələsi də müzakirə edilir.