Yol polisindən etiraz - heç kim cərimələnməyəcək

03 Noyabr, 2018 16:10 | Siyasət | Baxış sayı: 152
Belçika polisi
Belçika polisi

Belçika polisi bu yolla bəzi islahatlara etiraz edəcək

Belçikanın hüquq-mühafizə orqanı əməkdaşlarını birləşdirən "Polislərin birləşmə hərəkatı"nın (Police Unifying Movement) üzvləri yol hərəkəti qaydalarını pozan sürücüləri cərimə etməyəcəklər. Bunun əvəzində polislər qayda pozucuları ilə maarifləndirici söhbətlər aparacaqlar. Qeyri-adi etiraz aksiyası noyabrın 15-dək davam edəcək.

"No Money" ("Pulsuz") etiraz aksiyası hökumətin diqqətini polisin tələblərinə cəlb etməyə yönəlib. Onlar həmçinin 2001-ci ildə həyata keçirilmiş və polisi ki yerə (federal və yerli polis) bölünməsi islahatından da narazıdırlar. 

"Məqsəd bizi eşitmək istəmədiyi üçün dövləti vəsaitdən məhrum etməkdir", deyə təşkilatçılardan biri bildirib. 

Noyabrın 15-də isə aksiya iştirakçıları mərkəzi meydana toplaşaraq polislə bağlı islahatlara ictimai qaydada etiraz edəcəklər. 

Организаторы акции, недовольные также недостаточной, по их