Müdafiə naziri konkret tapşırıqlar verdi

03 Noyabr, 2018 15:12 | Siyasət | Baxış sayı: 136
Zakir Həsənov hərbi hissədə
Zakir Həsənov hərbi hissədə

Zakir Həsənov yeni tikilən hərbi obyektlərdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.