İş adamı erməni nazirin rüşvət sirrini açdı

03 Noyabr, 2018 13:48 | Siyasət | Baxış sayı: 59
Vardan Oskanyan
Vardan Oskanyan

Keçmiş XİN başçısının adı yeni qalmaqalda

Ermənistanın keçmiş xarici işlər naziri və deputatı Vardan Oskanyanın adı rüşvət hadisəsində hallanır. Ona külli miqdarda rüşvət verən isə erməni bir iş qadını - Silva Ambartsumyan olub.

"Joxovurd" yazır ki, keçmiş nazirə  bu yaxınlarda ölkəni tərk etməyə icazə verməyiblər. “Vartan Oskanyanın adı ilk dəfə deyil ki, belə qalmaqalda hallanır. Daha əvvəldə onun çirkli pulların yuyulması ilə bağlı qarşı cinayət işi var idi". 

Qəzet həmçinin qeyd edib ki, adıçəkilən qadın keçmiş prezident robert Köçaryana da pul verdiyini deyib. Belə ki, Ambartsumyanın dağ-mədən sənayesi ilə məşğul olan şirkəti olub. O, bu şirkəti ərəb şeyxinə satmaq istəyib. Satışa hər hansı maneə törədilməməsi üçün isə 40 milyonluq ödənişi Köçaryanla bölməli olub.